Medianews.az
Sadə infeksiyalar körpələrdə ağır fəsadlara səbəb ola bilər -
145 baxış

Sadə infeksiyalar körpələrdə ağır fəsadlara səbəb ola bilər - XƏBƏRDARLIQ

Yeni doğulan körpələrdə immun sistemi tam formalaşmadığı üçün adi sayılan öskürək və soyuqdəymə belə ciddi xəstəliklərə çevrilə bilər.

Medianews.az xəbər verir ki, bunu türkiyəli həkim Ahmet Öktem deyib.

Həkimin sözlərinə görə, xüsusilə influenza və RSV virusları körpələr üçün yüksək risk yaradır və xəstə şəxslərin körpələrlə təmasdan uzaq durması vacibdir.

Mütəxəssis vurğulayıb ki, infeksiyalar təkcə hava-damcı yolu ilə deyil, çirkli əllər və təmas vasitəsilə də yayılır. Bu səbəbdən gigiyena qaydalarına əməl olunmaması göz və dəri infeksiyalarına gətirib çıxara bilər.

Bundan başqa, göbək nahiyəsinin təmiz və quru saxlanılmaması, həmçinin ishal yaradan qastroenterit kimi infeksiyalar körpələrdə ciddi maye itkisinə səbəb ola bilər.

Medianews.az

Bizə qoşulun