Uzun müddət davam edən və gündəlik həyata təsir edən ağrılar ciddi sağlamlıq problemlərinin əlaməti ola bilər.
Medianews.az xəbər verir ki, bunu türkiyəli travmatoloq-ortoped Osman Görkem Muratoğlu deyib.
Mütəxəssisin sözlərinə görə, bəzi insanlar ağrıları sadə əzələ yorğunluğu hesab edib həkimə müraciəti gecikdirirlər. Halbuki davamlı ağrılar oynaq zədələri, sinir sıxılması, tendon problemləri və ya sınıq kimi ciddi hallardan xəbər verə bilər.
Həkim xüsusilə gecələr də davam edən, hərəkəti məhdudlaşdıran, şişkinlik, keyimə və zəifliklə müşahidə olunan ağrıların diqqətə alınmalı olduğunu vurğulayıb.
O qeyd edib ki, ağrıkəsicilərdən nəzarətsiz istifadə problemi gizlədə və müalicəni gecikdirə bilər. İnternetdən öyrənilən təsadüfi məşqlər və yanlış müdaxilələrin də vəziyyəti ağırlaşdırdığı bildirilib.
Medianews.az