Medianews.az
Bakı-Ağstafa-Bakı istiqamətində gedənlərə
123 baxış

Bakı-Ağstafa-Bakı istiqamətində gedənlərə MÜHÜM XƏBƏR

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə 16 və 17 mayda Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə reyslər təyin edib.

Bu barədə Medianews.az-a səhmdar cəmiyyətdən bildirilib.

Vurğulanıb ki, sərnişinlər sözügedən reyslərə biletləri 10 % endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya "ADY Mobile" tətbiqindən əldə edə bilərlər.

Bu istiqamətlər üzrə Bakı–Qazax–Bakı marşrutu ilə də gündəlik səfərlər təşkil olunur.

Bizə qoşulun