Medianews.az
Agentlik sədri yeni şöbə müdiri
152 baxış

Agentlik sədri yeni şöbə müdiri TƏYİN ETDİ - FOTO

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində yeni kadr təyinatı olub.

Medianews.az xəbər verir ki, bu barədə qurumun İdarə Heyətinin sədri Fərid Osmanov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Məmmədşəfi Mehdiyev İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Rəqəmsal platforma idarəetmə şöbəsinin müdiri təyin olunub.

O, bu təyinatadək qurumda proqram meneceri işləyib. Daha əvvəl isə aparıcı layihə meneceri olub.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən məlumatı təsdiqləyiblər./“Yeni Sabah”

Bizə qoşulun