Medianews.az
Məşhur film
130 baxış

Məşhur film seriala çevrilir

“Sürətli və Qəzəbli”  (“The Fast and the Furious”) pərəstişkarları üçün sevindirici xəbər var.

 Medianews.az xəbər verir ki, məşhur aktyor Vin Dizel “Sürətli və Qəzəbli” franşizasının serial formatında ekranlara gələcəyini açıqlayıb.

7 milyard dollardan çox gəlir əldə edən layihə bu dəfə rəqəmsal platformada yayımlanacaq. Serialın NBCUniversal şirkətinə məxsus “Peacock” platformasında nümayiş olunacağı bildirilib.

Nyu-Yorkda keçirilən təqdimatda çıxış edən Vin Dizel bildirib ki, tamaşaçılar  uzun illərdir obrazların hekayələrinin daha geniş təqdim olunmasını istəyirdi. Aktyorun sözlərinə görə, serialda da filmin əsas ruhu və “ailə” anlayışı qorunacaq.

Layihənin yaradıcı heyətində “Anarxiyanın oğulları” (“Sons of Anarchy”) və “Mavinin çalarları” (“Shades of Blue”) serialları ilə tanınan Mayk Daniels və Vulf Koulman yer alacaq.

Franşizanın son filmi olan “Sonsuza qədər sürətli” (“Fast Forever”) filminin 2028-ci ildə təqdim olunması planlaşdırılır. Eyni zamanda ilk filmin 25 illiyi münasibətilə mayın 13-də Kann Film Festival çərçivəsində xüsusi nümayiş keçiriləcək.

Serialın yayım tarixi hələ açıqlanmayıb. Hazırda pilot bölüm (ilk sınaq bölüm) üzərində işlər davam edir.

Medianews.az

Bizə qoşulun