"Nyukasl" cari mövsüm UEFA Çempionlar Liqasında vurulan qolların sayına görə liderliyə yüksəlib.
Publika.az xəbər verir ki, İngiltərə təmsilçisi buna pley-offda "Qarabağ"la görüşdə 3:2 hesablı qələbədən sonra nail olub. Klub aktivindəki qolların sayını 26-ya çatdırıb və bu nəticə ilə “sağsağanlar” turnirdə ən məhsuldar komanda olub.
Onlar 24 qol vurmuş "Atletiko" və PSJ-ni geridə qoyublar.
Çempionlar Liqasında bir mövsümdə vurulan qollar üzrə mütləq rekord "Barselona"ya məxsusdur. Kataloniya klubu 1999/2000 mövsümündə rəqiblərinin qapısından 45 top keçirib.
2025/26 mövsümündə Çempionlar Liqasında ən çox qol vuran komandalar:
26 - Nyukasl
24 - Atletiko
24 - PSJ
23 - Arsenal
22 - Barselona
22 - Real Madrid
22 - Bayern
21 - Borussiya Dortmund
20 - Liverpul