Medianews.az
Onlar ABŞ-nin Azərbaycanda səfiri olublar –
252 baxış

Onlar ABŞ-nin Azərbaycanda səfiri olublar – ADLAR, TARİXLƏR

ABŞ prezidenti Donald Tramp Azərbaycanda səfir vəzifəsinə Aleksandr Aldenin namizədliyini irəli sürüb. Təyinat təsdiqlənməsi üçün Senata göndərilib.

Aleksandr Alden Virciniya ştatındandır. ABŞ Dövlət Departamentində, Milli Təhlükəsizlik Şurasında və Pentaqonda yüksək vəzifələrdə çalışıb. Dövlət katibinin Avropa məsələləri üzrə müavini olub.

Medianews.az bildirir ki, indiyədək ABŞ-nin Azərbaycanda 11 səfiri olub.

İlk səfiri Riçard Maylsdır. O, 1992-1993-cü illərdə bu postu tutub.

İkinci səfir Riçard Kozlariç 1994-1997-ci illərdə çalışıb.

Üçüncü səfir Stenli Eskuderodur: 1997-2000-ci illər.

Sonrakı səfirlər bu şəxslərdir:

Ross Uilson - 2000-2003-cü illər;

Rino Harniş - 2003-2006-cı illər;

Enn Dörsi - 2006-2009-cu illər;

Metyu Brayza - 2011-2012-ci illər;

Riçard Morninqstar - 2012-2014-cü illər;

Robert Sekuta - 2015-2018-ci illər;

Li Litzenberqer - 2019-2022-ci illər;

Mark Libbi – 2024-cü il.

Mark Libbi Azərbaycanda səfir kimi fəaliyyətinə rəsmən 2024-cü ilin yanvarında başlayıb, dekabrda isə səhhəti ilə əlaqədar istefa verib.

2025-ci ilin iyulundan ABŞ-nin Azərbaycandakı səfirliyinə müvəqqəti işlər vəkili Emi Karlon rəhərlik edir.

Medianews.az

Bizə qoşulun