Medianews.az
Onun titullarını sayıb qurtarmaq olmur –
203 baxış

Onun titullarını sayıb qurtarmaq olmur – İNANILMAZ UĞURLAR

ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi 23-cü dünya futbol çempionatında yenə Lionel Messinin ulduzu parlayır. İyunun 17-si J qrupunun ilk matçında üçqat dünya çempionu Argentina Əlcəzairi üç cavabsız topla yendi, hər üç qola kapitan Lionel Messi imza atdı.

Medianews.az bildirir ki, 1987-ci il iyunun 24-ü Argentinanın Rosario şəhərində doğulan Lionel Messi ilk futbol dərslərini ölkəsinin “Qrandoli” və “Nyuells Old Boyz” komandalarında alıb, 2000-ci ildən İspaniyada yaşayıb, “Barselona” klubunun məktəbində yetişib.

Hücumçu 2004-2021-ci illərdə “Barselona” forması geyinib, 2021-2023-cü illərdə Fransanın PSJ komandasında oynayıb, 2023-cü ildən ABŞ-ın “İnter Mayami” komandasında çıxış edir.

Lionel Messi 10 dəfə İspaniya çempionu, 2 dəfə Fransa çempionu olub, 7 dəfə İspaniya kubokunu, 7 dəfə İspaniya superkubokunu, 1 dəfə Fransa superkubokunu qazanıb.

“Barselona” ilə Lionel Messi 4 dəfə UEFA Çempionlar Liqasının qalibi olub, 3 dəfə UEFA superkubokunu qazanıb, 3 dəfə klublar arasında dünya çempionluğu əldə edib.

“İnter Mayami”də Lionel Messi MLS (ABŞ və Kanadanın yüksək liqası) çempionu olmağı bacarıb, həmçinin Şimali Amerikanın liqa kubokunu götürüb.

Lionel Messi Argentinanın gənclər yığması ilə dünya çempionu (2005) və olimpiya çempionu (2008) titullarına sahib çıxıb.

2005-ci ildən oynadığı Argentina milli komandasının heyətində Lionel Messi Amerika kubokunun sahibi (2021, 2024), dünya çempionu (2022) olub.

Lionel Messi futbolda ən nüfuzlu fərdi təltif sayılan “Qızıl top” mükafatının rekordçusudur. O, 2009, 2010, 2011, 2012, 2015, 2019, 2021-ci illərdə dünyanın ən yaxşı futbolçusu seçilərək “Qızıl top” alıb.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun