Medianews.az
Orban rəqibini təbrik etdi — Məğlubiyyətin etirafı
84 baxış

Orban rəqibini təbrik etdi — Məğlubiyyətin etirafı

Baş nazir Viktor Orban rəqibi olan “Tisa” partiyasının qələbəsini qəbul edərək onu təbrik edib.  

Məlumata görə, səslərin 60,24 faizi hesablandıqdan sonra müxalif “Tisa” partiyası 136 mandat qazanaraq parlamentdə konstitusion çoxluğu təmin edib. Bu nəticə partiyanın təkbaşına hökumət formalaşdırmasına imkan yaradır. Hakim “Fides” koalisiyası cəmi 56 mandat əldə edib. “Bizim Vətən” partiyası isə 7 yerlə parlamentdə təmsil olunacaq.  

“Tisa”nın lideri Peter Magyar sosial şəbəkə hesabında bildirib ki, Viktor Orban ona zəng edərək qələbə münasibətilə təbriklərini çatdırıb. Bu addım Orbanın seçkilərin nəticəsini faktiki olaraq qəbul etdiyini göstərir.(savashmedia.az)

Bizə qoşulun