Medianews.az
Əliyar Ağayev haqda suala belə
40 baxış

Əliyar Ağayev haqda suala belə cavab verdi

“Çox vacib qələbə idi. Futbolçularda ilk dəqiqələrdə həyəcan hiss olunurdu. Allaha şükürlər olsun ki, qələbə qazandıq”.

Medianews.az Globalinfo.az-a istinadla xəbər verir ki, bu sözləri Misli Premyer Liqasının 27-ci turunun “Sumqayıt”la matçdan sonra “Turan Tovuz”un baş məşqçisi Kurban Berdiyev deyib.

– Oyunun ikinci hissəsində həyəcan daha çox hiss edilirdi. İki qoldan sonra arxayınlıq yarandı?

– 2:0-dan sonra çalışdıq ki, hesabı qoruyaq. Bir qol da buraxdıq. Şükürlər olsun ki, hesab 2:2 bitmədi.

– Meydançanın vəziyyəti necə idi?

– Çox yaxşı idi. Ümid edirik ki, həmişə belə qalacaq. Klubun prezidentinə təşəkkür edirik ki, belə şərait yaradılıb. Çünki süni meydanda oynamaq çox çətindir.

– Əliyar Ağayev bu oyuna təyinat alsaydı, etiraz edərdiniz?

– Nə etmək olar? Oynamaq lazımdır. Amma hakimlərdən heç kimi tanımıram.

Ətraflı

– “Turan Tovuz” bu qələbə ilə “Qarabağ”a bir az da yaxınlaşdı. Artıq xal fərqi 4-ə enib. Bu onu göstərir ki, “Turan Tovuz” ikincilik uğrunda mübarizə aparır?

– Biz bu barədə bir neçə dəfə danışmışıq. Bizim üçün vacib olan növbəti görüşdür. Hər şey Allahın əlindədir. Vacib olan növbəti oyundur.

– “Turan Tovuz” avrokuboklara neçə faiz hazırdır?

– İndidən fikir bildirmək çətindir. Heyətin möhkənlənməsindən və kimlərlə möhkəmləməyindən asılıdır. İndidən danışırıq. Amma hələ gedib ora çatmamışıq.

– “Turan Tovuz” avrokuboklara düşsə, ev oyunlarını Tovuzda oynamaq istəyərsiz?

– Əlbəttə. Tovuz bizim şəhərimizdir, bura bizim meydançamızdır. İstəyərdik.

– “Turan Tovuz”la müqaviləniz mövsümün sonunda bitir. Müqavilə müddətini artıracaqsız?

– Mən şərtlərdən razıyam. Amma qərarı klubun prezidenti verməlidir.

Bizə qoşulun