İrandakı gərginlik ABŞ ordusunun hava imkanlarına da təsir edib.
Medianew.az "Yeni Sabah"-a istinadla xəbər verir ki, xarici media yazır ki, Vaşinqton itkilərdən sonra uzun illər əvvəl istehsal olunan KC-135 Stratotanker təyyarələrini yenidən istismara qaytarmağa başlayıb.
Bildirilir ki, martda İraqın qərbində bir tanker təyyarəsinin qəzaya uğraması, eləcə də İranın Səudiyyə Ərəbistanındakı aviabazaya zərbəsi nəticəsində azı beş belə hava gəmisinə ziyan dəyib. Nəticədə ABŞ-nin havada yanacaq doldurma imkanlarında çatışmazlıq yaranıb.
Məlumata görə, boşluğu aradan qaldırmaq üçün Devis-Montan bazasında saxlanılan ehtiyat təyyarələr aktivləşdirilir. Onların arasında 68 il əvvəl istehsal olunmuş KC-135 də var.
FlightGlobal-ın məlumatına əsasən, həmin təyyarələr hazırda texniki yoxlamadan keçirilir və sonradan Yaxın Şərqə yönləndirilə bilər.