Medianews.az
İranda böyük casus şəbəkəsi
72 baxış

İranda böyük casus şəbəkəsi aşkar edildi

İran təhlükəsizlik qüvvələri islam respublikasına düşmən münasibətdə olan ölkələrə təhlükəsizlik qüvvələri haqqında həssas məlumatlar verən 50 casusu ələ keçirib.

Medianews.az Oxu24.com-a istinadla  xəbər verir ki, bu barədə SEPAH-ın məlumatında deyilir.

"Polisin dövlət səviyyəsində kəşfiyyat və əməliyyatı zamanı düşmənə həssas məlumatlar ötürmək üçün fəaliyyət göstərən mütəşəkkil şəbəkə aşkar edilərək fəaliyyəti dayandırılıb.

Əməliyyat zamanı infrastruktur, ofis binaları, nəzarət məntəqələri və təhlükəsizlik qüvvələrinin mövqeləri də daxil olmaqla həssas hədəflər haqqında məlumat verən 50 muzdlu və casus saxlanılıb. Onlardan peyk rabitəsi avadanlıqları və silahlar tapılaraq müsadirə edilib”, - deyə bildirilib.

Bizə qoşulun