Medianews.az
Orucluq zamanı baş ağrısını necə azaltmaq olar? -
94 baxış

Orucluq zamanı baş ağrısını necə azaltmaq olar? - TÖVSİYƏLƏR

Ramazan ayında ən çox rast gəlinən narahatlıqlardan biri baş ağrısıdır. Uzun müddət aclıq və susuzluq bədən funksiyalarını təsir etdiyindən, baş ağrısı daha kəskin hiss oluna bilər.

Medianews.az baş ağrısını azaltmaq üçün tövsiyələr təqdim edir:

  • Hər saat təxminən 13–15 dəqiqə təmiz hava alın və qısa fasilələrlə istirahət edin.
  • Nanə və çay ağacı yağı ilə ayaq, bilək və boyuna masaj etmək, bir neçə dəqiqə qoxulamaq qan dövranını yaxşılaşdırır və sinirləri sakitləşdirir.
  • Günortadan sonra 30 dəqiqə–1 saat yuxu baş ağrısını yüngülləşdirə bilər.
  • Miqren və sinüzit səbəbindən yaranan baş ağrılarında mütləq mütəxəssis məsləhəti ilə dərman istifadə olunmalıdır.

Qidalanma ilə profilaktika:

  • İftar və imsak arasında baş ağrısını azaltmaq üçün şəkərsiz qəhvə və ya limonlu alma çayı içilə bilər.
  • İmsak zamanı kifayət qədər su içmək də vacibdir.

Bu sadə tədbirlər orucluq zamanı baş ağrısını azaltmağa kömək edir.

Medianews.az

Bizə qoşulun