Medianews.az
Övladlığa götürdüyü qızı
71 baxış

Övladlığa götürdüyü qızı meymuna DƏYİŞDİ

ABŞ-da 70 yaşlı qadın övladlığa götürdüyü yeniyetmə qızı meymun qarşılığında verdiyi iddiası ilə həbs olunub.

Medianews.az xəbər verir ki, qadın dövlət orqanlarının icazəsi olmadan uşağı başqa ştata göndərib. Hadisə şagirdin uzun müddət məktəbə gəlməməsi araşdırılarkən üzə çıxıb.

İstintaq zamanı məlum olub ki, uşaq bir neçə dəfə müxtəlif himayədar ailələrə verilib və sonradan lazımi qayğını təmin edə bilməyən mühitdə yaşayıb. Eyni zamanda, ona qarşı illərlə fiziki zorakılıq edildiyi də iddia olunub.

Şahidlərdən birinin ifadəsinə görə, qadın qızı meymun qarşılığında başqa bir ailəyə verib. Hazırda istintaq davam edir və qadına qarşı bir neçə ittiham irəli sürülüb.

Medianews.az

Bizə qoşulun