Medianews.az
Paşinyan: Azərbaycanla yolların tam açılacağına şübhəm yoxdur
73 baxış

Paşinyan: Azərbaycanla yolların tam açılacağına şübhəm yoxdur

Azərbaycanla bir-birimiz üçün yolları tam açmağımız, eyni zamanda, Türkiyə ilə sərhədlərin açılması çox vacibdir və bunun baş verəcəyinə heç bir şübhəm yoxdur.

 unu Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda keçirilən Ermənistan-Aİ sammitinin yekunları ilə bağlı Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula von der Leyenlə birgə brifinqində deyib.

Baş nazir bildirib ki, kommunikasiyaların tam açılması insanların və yüklərin sərbəst hərəkəti, eləcə də ticarətin inkişafı baxımından vacibdir və bu baxımdan müvafiq sahələr üzrə əməkdaşlığa dair müqavilələrin bağlanması lazım gələcək.

"Məsələn, nəqliyyat sahəsində biz artıq bu gün hər hansı ayrıca saziş olmadan əməkdaşlıq edirik. Əlbəttə ki, yolları bir-birimiz üçün tam açmağımız, eyni zamanda, Türkiyə ilə sərhədin açılması son dərəcə vacibdir. Bunun baş verəcəyinə isə mənim heç bir şübhəm yoxdur", - o bildirib.

Bizə qoşulun