Medianews.az
Paşinyandan rusiyalı oliqarxın
126 baxış

Paşinyandan rusiyalı oliqarxın Qarabağla bağlı iddiasına cavab

Ermənistan Baş nazir Nikol Paşinyan rusiyalı oliqarx Samvel Karapetyanın Qarabağ ermənilərinin geri qaytarılması ilə bağlı açıqlamalarına münasibət bildirib.

Medianews.az xəbər verir ki, bu barədə o, jurnalistlərlə söhbətində danışıb.

Ermənistan Baş nazirinin sözlərinə görə, Samvel Karapetyan kənardan aldığı təlimat əsasında belə danışır:

“Kaluqalı oliqarx nə və niyə dediyini anlamır. Tapşırıq verirlər, o da belə deyir. Məsələlərin qarşılıqlı əlaqəsini belə başa düşmür. Bu, ucuz siyasi manipulyasiyadır”.//Teleqraf

Bizə qoşulun