Medianews.az
Pəhrizdə “plato” dövrü:
95 baxış

Pəhrizdə “plato” dövrü: Səbəbi nədir?

Pəhriz saxladığınız halda bir neçə həftə ərzində çəkinin dəyişməməsi tez-tez rast gəlinən haldır və bunun elmi izahı var.

Medianews.az xəbər verir ki, mütəxəssislərə görə, bu vəziyyət “plato dövrü” adlanır.

Pəhrizin ilk həftələrində sürətli çəki itkisi müşahidə olunur və bu, motivasiyanı artırır. Lakin müəyyən mərhələdən sonra çəkinin sabit qalması, hətta həftələrlə dəyişməməsi mümkündür.

Plato dövrü nədir?
Bu dövr, pəhriz və idmana davam edilsə də, çəki itkisinin müvəqqəti dayanması ilə xarakterizə olunur. Adətən prosesin sonrakı mərhələlərində yaranır. Orqanizm itirilən çəkiyə uyğunlaşaraq maddələr mübadiləsini yavaşladır və daha az enerji sərf edir. Nəticədə çəki uzun müddət dəyişmir.

Mütəxəssislər bildirir ki, bu, orqanizmin özünü qoruma və yeni çəkiyə uyğunlaşma mexanizmidir və müvəqqəti xarakter daşıyır.

Bu vəziyyətdə nə etməli?

  • Pəhriz və kalori qəbulu yenidən nəzərdən keçirilməli, enerji ehtiyacına uyğun düzəlişlər edilməlidir.
  • Gündəlik fiziki aktivlik artırılmalı, məşqlərə güc hərəkətləri əlavə olunmalı və kifayət qədər protein qəbul edilməlidir.
  • Yuxu rejimi və stress səviyyəsi nəzarətdə saxlanılmalıdır.
  • Yalnız tərəziyə deyil, bədən ölçülərinə və ümumi görünüşə diqqət yetirilməlidir.

Mütəxəssislər qeyd edir ki, düzgün yanaşma ilə plato dövrünü aşmaq və yenidən çəki itirmək mümkündür.

Medianews.az

 

Bizə qoşulun