Medianews.az
"Polat Alemdar"ın məşhur seriala qatılacağı iddialarına
64 baxış

"Polat Alemdar"ın məşhur seriala qatılacağı iddialarına CAVAB VERİLDİ

Son günlər televiziya dairələrində uzun müddətdir ekranlardan uzaq qalan Necati Şaşmazın yeni layihə ilə geri dönəcəyi barədə iddialar yayılıb.

Medianews.az xəbər verir ki, aktyor rəqəmsal platforma üçün hazırlanan "Yeraltı" serialının aktyor heyətinə qoşula bilər.

İddialara görə, Şaşmaz serialda əsas obrazlardan biri olan Haydar Alinin əmisi rolunu canlandırmalı idi. Lakin yayılan məlumatlara görə, bu xəbərlərin həqiqəti əks etdirmədiyi bildirilib və aktyorun layihədə iştirakı ilə bağlı rəsmi razılaşma yoxdur.

Serial qısa müddətdə geniş auditoriya toplamağı bacarıb. Layihənin izləyiciləri arasında Devlet Bahçeli də var. Bildirilir ki, MHP sədri serialın baş aktyoru Uraz Kaygılaroğlu ilə telefon danışığında ekran işinin gənclərə verdiyi mesajlardan məmnun qaldığını ifadə edib və serial komandasına boz qurd rəsmi hədiyyə etmək istədiyini bildirib.

“Yeraltı” serialının süjeti ailəsinin qatilindən qisas alaraq həbsxanaya düşən Haydar Alai dlı şəxsin həyatından bəhs edir. Həbsdə olduğu müddətdə o, Türkiyənin ən təhlükəli yeraltı kartellərindən biri ilə əlaqəyə girir. Azadlığa çıxdıqdan sonra isə onu həm cinayət dünyasında, həm də şəxsi həyatında çətin qarşıdurmalar gözləyir.

Serialda baş rolları Deniz Can Aktaş, Devrim Özkan və Uraz Kaygılaroğlu ifa edir. Layihədə həmçinin Sümeyye Aydoğan, Burak Sevinç, Ülkü Hilal Çiftçi, Ekin Mert Daymaz, Emir Benderlioğlu, Koray Şahinbaş, Hülya Gülşen, Hakan Çələbi və Mehmet Yılmaz Ak kimi aktyorlar da yer alır.

Medianews.az

Bizə qoşulun