Medianews.az
Martines:
119 baxış

Martines: "Dünya çempionatında buna yer yoxdur!"

Portuqaliya millisinin baş məşqçisi Roberto Martines, DÇ-2026-nın 1/8 finalında İspaniya ilə mümkün qarşılaşma ehtimalı barədə danışıb.

Medianews.az xəbər verir ki, mətbuat konfransında sualları cavablandıran Martines hazırda yalnız növbəti oyuna kökləndiklərini bildirib:

"İspaniya millisi haqqında düşünmüşəm mi? Dünya çempionatında belə fikirlərə yer yoxdur. Biz tamamilə özümüzə diqqət yetirmişik, ona görə də digər komandaları izləməyə imkanımız belə olmayıb. İndi yalnız Xorvatiya ilə oyun barədə düşünürük. Sonrasına isə baxarıq".

Xatırladaq ki, pley-offun ilk mərhələsində Portuqaliya Xorvatiya ilə, İspaniya isə Avstriya ilə qarşılaşacaq. Bu cütlüklərin qalibləri növbəti mərhələdə bir-biri ilə rəqib olacaqlar.

Qeyd edək ki, İspaniya – Avstriya matçı iyulun 2-də, Portuqaliya – Xorvatiya qarşılaşması isə iyulun 3-nə keçən gecə baş tutacaq.

Medianews.az

Bizə qoşulun