Medianews.az
Prezident İlham Əliyev “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimində iştirak edir -
59 baxış

Prezident İlham Əliyev “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimində iştirak edir - YENİLƏNİR

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimi keçirilir.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.

Əvvəlcə Birləşmiş Ərəb Əmirliklərinin himni səsləndirilib.

Sonra “Zayed İnsan Qardaşlığı Mükafatı” ilə bağlı videoçarx nümayiş etdirilib.

Daha sonra Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalam çıxış edib.

Bizə qoşulun