Medianews.az
Əlverişsiz hava şəraiti Bakıda aeroportun işinə təsir edib? -
53 baxış

Əlverişsiz hava şəraiti Bakıda aeroportun işinə təsir edib? - AÇIQLAMA

Ölkə ərazisində müşahidə olunan əlverişsiz hava şəraitinə baxmayaraq, Heydər Əliyev Beynəlxalq Aeroportu əməliyyat fəaliyyətini ştat rejimində davam etdirir.

Bu barədə Milli.Az-ın sorğusuna cavab olaraq Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib.

Qeyd olunub ki, hazırda hava limanında uçuşların icrasında hər hansı gecikmə və ya təxirəsalınma qeydə alınmayıb, bütün reyslər müəyyən edilmiş qrafik üzrə həyata keçirilir.

Mövcud meteoroloji şərait müvafiq aviasiya və əməliyyat xidmətləri tərəfindən fasiləsiz və operativ şəkildə nəzarətdə saxlanılır. Uçuşların təhlükəsizliyi məqsədilə bütün əməliyyatlar beynəlxalq aviasiya təhlükəsizliyi standartlarına və prosedurlarına uyğun icra olunur.

Sərnişinlərin təhlükəsizliyi, rahatlığı və fasiləsiz xidmətlə təmin edilməsi Heydər Əliyev Beynəlxalq Aeroportunun əsas prioritetləri sırasında qalır.

Sərnişinlərə uçuşlarla bağlı operativ və dəqiq məlumat əldə etmək üçün birbaşa uçuş həyata keçirən aviaşirkətlə əlaqə saxlamaları tövsiyə olunur.

Bizə qoşulun