Medianews.az
Bakıda binanın fasadı uçaraq maşınları zədələdi -
49 baxış

Bakıda binanın fasadı uçaraq maşınları zədələdi - VİDEO

Bakıda çoxmərtəbəli binanın fasadı güclü küləyin təsiri ilə uçub.

Hadisə Xətai rayonu General Əliağa Şıxlinski küçəsi 42 ünvanında baş verib.

Həmin ünvanda yerləşən yeni tikilmiş çoxmərtəbəli binanın fasad örtüyü qoparaq həyətdəki maşınların üzərinə tökülüb.

Nəticədə 3 avtomobilə ciddi zərər dəyib.

Görüntüləri təqdim edirik:

Qafqazinfo.az

Bizə qoşulun