Medianews.az
Xəstəxana önündə qalmaqal: taksiyə mindirilməyən qadın dayanacağın pəncərələrini sındırdı -
78 baxış

Xəstəxana önündə qalmaqal: taksiyə mindirilməyən qadın dayanacağın pəncərələrini sındırdı - VİDEO

Türkiyənin Bursa şəhərində yerləşən Bursa Şəhər Xəstəxanası qarşısında qeyri-adi və qalmaqallı hadisə baş verib.

Medianews.az xəbər verir ki, bir qadın taksiyə mindirilmədiyi üçün əsəbiləşərək taksi dayanacağına hücum edib və pəncərələri sındırıb.

Hadisə Nilüfer rayonunda yerləşən xəstəxananın ərazisindəki taksi dayanacağında qeydə alınıb. Məlumata görə, qadın Görükle bölgəsindən hər gün taksi ilə xəstəxanaya gəlirmiş. İddialara əsasən, içərisində artıq sərnişin olan taksiyə minmək istəyən qadına sürücü növbədə olan digər avtomobilə yönəlməyi tövsiyə edib.

Bu sözlərdən sonra qadın əsəbiləşərək dayanacaqdan külqabı götürüb stendin şüşələrini sındırmağa başlayıb. Hadisə ətrafda olan şəxslər tərəfindən mobil telefon kameraları ilə lentə alınıb.

Görüntülərdə qadının pəncərələri ard-arda sındırdığı, ətrafdakıların isə müdaxilə etmədiyi əks olunub.

Pəncərələri zədələnən taksi dayanacağında çalışan sürücülərin qadınla bağlı polisə şikayət ərizəsi verdiyi bildirilir. Sürücülər qadının psixoloji problemləri ola biləcəyini də iddia ediblər.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarının araşdırma apardığı qeyd olunur.

Medianews.az

Bizə qoşulun