Medianews.az
Məsciddə qorxunc hadisə: panel azyaşlı uşağın üzərinə düşdü –
60 baxış

Məsciddə qorxunc hadisə: panel azyaşlı uşağın üzərinə düşdü – VİDEO

İndoneziyada bir məsciddə baş verən hadisə təhlükəsizlik kameralarına düşüb və sosial mediada geniş rezonans doğurub.

Medianews.az xəbər verir ki, iki balaca qızcığazın oynaması zamanı yerindən boşalan panel uşaqlardan birinin üzərinə düşərək  ağır xəsarət almasına səbəb olub.

Hadisənin yanvarın 26-da İndoneziyada yerləşən bir məsciddə qeydə alındığı bildirilir. 

Panelin altında qalan azyaşlı ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb. Yerli mənbələrin verdiyi məlumata görə, uşağın vəziyyəti hazırda stabildir və müalicəsi davam etdirilir.

Hadisə ilə bağlı yerli qurumlar tərəfindən araşdırma aparıldığı bildirilir.

Medianews.az

Bizə qoşulun