Medianews.az
“Qalatasaray” böyük gəlirdən
149 baxış

“Qalatasaray” böyük gəlirdən məhrum oldu

UEFA Çempionlar Liqasında mövsümün əvvəlindən indiyədək 53,5 milyon avro gəlir əldə edən “Qalatasaray”, “Liverpul”a məğlub olaraq əlavə qazanc fürsətini qaçırıb.

Medianews.az xəbər verir ki, İngiltərə təmsilçisi ilə keçirilən həlledici qarşılaşmada istədiyi nəticəni ala bilməyən sarı-qırmızılılar Avropa turnirləri ilə vidalaşıb.

Məğlubiyyət klubun həm idman, həm də maliyyə baxımından ciddi itki yaşamasına səbəb olub.

Mövsüm ərzində performans, yayım gəlirləri və digər bonuslar hesabına 53,5 milyon avro qazancı təmin edən “Qalatasaray”, növbəti mərhələyə yüksələcəyi halda əlavə 12,5 milyon avro mükafat əldə edə bilərdi. Lakin məğlubiyyət bu imkanı aradan qaldırıb.

Beləliklə, klub ümumi gəlirini təxminən 66 milyon avroya çatdırmaq şansını itirərək Avropa səhnəsini maliyyə baxımından itki ilə tərk edib.

Medianews.az

Bizə qoşulun