Medianews.az
Qalibaf ABŞ-yə meydan oxudu -
89 baxış

Qalibaf ABŞ-yə meydan oxudu - HƏRƏKƏTƏ KEÇSƏK...

İran parlamentinin spikeri Məhəmməd Baqer Qalibaf Hörmüz boğazında hərbi-siyasi vəziyyətin dəyişdiyini və bölgədə yeni bir reallığın formalaşdığını bəyan edib.

Musavat.com xəbər verir ki, spiker bu barədə "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

Qalibaf qeyd edib ki, Hörmüz boğazındakı yeni vəziyyət tədricən stabilləşir:

"Atəşkəsin pozulması və blokadanın tətbiqi səbəbindən ABŞ və müttəfiqləri tərəfindən həyata keçirilən gəmiçilik və enerji resurslarının tranzitinin təhlükəsizliyi təhdid altına düşüb. Lakin onların vurduğu zərər getdikcə azalacaq".

İran rəsmisi həmçinin vurğulayıb ki, mövcud vəziyyətin saxlanılması Vaşinqton üçün qəbulolunmazdır.

Spiker paylaşımını bu sözlərlə tamamlayıb: "Biz yaxşı bilirik ki, mövcud status-kvonun qorunması ABŞ üçün qeyri-mümkündür, halbuki biz hələ hərəkətə keçməmişik".

Bizə qoşulun