Medianews.az
Qayıq aşdı:
118 baxış

Qayıq aşdı: ölən və itkin düşənlər var

Hindistanın Uttar-Pradeş ştatında ailəni daşıyan qayığın çayda aşması nəticəsində 3 nəfər ölüb, 3 uşaq isə itkin düşüb.

Medianews.az xəbər verir ki, hadisə Hamirpur bölgəsindən keçən Yamuna çayında baş verib.

Toy mərasimindən sonra çayın qarşı sahilinə meyvə toplamağa gedən 9 nəfərlik ailə geri qayıdarkən güclü yağış səbəbindən qayıq çevrilib.

Yerli hakimiyyətin məlumatına görə, suda qalan şəxslərdən 3-ü öz imkanları və balıqçıların köməyi ilə xilas edilib.

Axtarış-xilasetmə əməliyyatı zamanı 1-i qadın olmaqla 3 nəfərin meyiti tapılıb. İtkin düşən 3 uşağın axtarışları dalğıcların iştirakı ilə davam etdirilir.

Rəsmilər əlverişsiz hava şəraiti səbəbindən sakinləri çay kənarından uzaq durmağa çağırıblar.

Medianews.az

Bizə qoşulun