Xəbər verdiyimiz kimi, Liviyanın keçmiş lideri Müəmmər Qəddafinin oğlu Seyf əl-İslam Qəddafi silahlı toqquşmalar zamanı öldürülüb.
Publika.az xəbər verir ki, "RİA Novosti" onun siyasi bürosunun bəyanatına istinadən yeni məlumat yayıb.
Bildirilir ki, Seyf əl-İslamın tərəfdarları hesab edirlər ki, onun sui-qəsdi ölkəni daxili münaqişənin sülh yolu ilə həlli üçün hər hansı bir şansdan məhrum edir.
"Bu miqyasda siyasi xadimin öldürülməsi Liviyada sülh və sabitlik üçün bütün imkanların məhv edilməsidir və məsul şəxslər cəzalandırılacaq", - deyə sənəddə qeyd olunub.
Qeyd edək ki, Seyf əl-İslam Qəddafi əz-Zintan şəhərində güllələnərək öldürülüb. Hücum edənlər arasında dörd nəfər olub və hamısı hadisə yerindən qaçıb. Seyf əl-İslam hücum edənlərlə atışmada iştirak edib və yerli vaxtla saat 14:30-da (Bakı vaxtı ilə saat 16:30) öldürülüb.