Medianews.az
Qəhvə sevənlərə xəbərdarlıq:
100 baxış

Qəhvə sevənlərə xəbərdarlıq: Düzgün vaxt və miqdar

Rusiyalı diyetoloq Sofya Kovanova səhər qəhvəsinin düzgün qəbulu ilə bağlı vacib tövsiyələr verib. 

Medianews.az xəbər verir ki, həkim, qəhvənin faydalı olması üçün onu səhər yeməyindən sonra içməyi məsləhət görür.

Kovanovanın sözlərinə görə, qəhvəni acqarına içmək olar, lakin bu, yalnız mədə problemi olmayan insanlar üçün uyğundur. Qastrit, reflüks və ya turşuluq problemi olan şəxslərə isə qəhvəni yeməkdən əvvəl qəbul etməmək tövsiyə olunur.

Mütəxəssis əlavə edib ki, qəhvə istehlakında ölçü vacibdir. Gün ərzində 300–400 ml-dən artıq qəhvə içmək məsləhət deyil. Həmçinin son fincan qəhvə yatmazdan ən azı 6 saat əvvəl içilməlidir.

Medianews.az

Bizə qoşulun