Rusiyalı terapevt Aleksandr Kozlov kofenin sümük toxumasına təsirindən danışıb.
Medianews.az xəbər verir ki, onun sözlərinə görə, kofein bağırsaqda kalsiumun sorulmasını bir qədər azalda və böyrəklər vasitəsilə onun çıxarılmasını sürətləndirə bilər. Lakin bu itkilərin miqyası çox vaxt şişirdilir.
Mütəxəssis bildirib ki, bir fincan qəhvədən cəmi 2–6 milliqram kalsium itirilir, halbuki bir stəkan süddə təxminən 300 milliqram kalsium var. Bu səbəbdən kofenin kalsium balansına təsiri əksər hallarda minimaldır.
Kozlov vurğulayıb ki, qəhvə özü-özlüyündə osteoporoza nadir hallarda səbəb olur. Risklər əsasən kalsium çatışmazlığı, gündə 4–5 fincandan çox qəhvə içilməsi və postmenopauza dövründə olan qadınlarda artır.
Medianews.az