Medianews.az
Qəzənfər Paşayev:
53 baxış

Qəzənfər Paşayev: Yatmamışdım, elə düşüb

Xəbər verdiyimiz kimi, Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib. İclas zamanı zalda sükutun hökm sürməsi və tədbirdə aralarında alimlərin yer aldığı bəzi iştirakçıların mürgülədiyi müşahidə olunub. Səbəb olaraq müzakirələrin maraqsız və sönük keçdiyi bildirilir. Şəkli yayılanlar arasında filologiya elmləri doktoru və professor, ədəbiyyatşünas Qəzənfər Paşayev də var.

Demokrat.az onunla əlaqə saxlayaraq, onun hadisəyə münasibətini öyrənib. Professor tədbirdə mürgüləmədiyini sadəcə şəkildə elə düşdüyünü bildirib. Onun sözlərinə görə tədbir alim üçün çox maraqlı keçib.

“Yaşlı adamam, telefondan o qədər də başım çıxmır. Bağışla sən Allah hazırda yas yerindəyəm, hazırda çox danışa bilmirəm. Sağ olun”.

Bizə qoşulun