“Çeçenistanda Dövlət Filarmoniyasında konsert proqramı ilə çıxış etdik. Konsertə Çeçenistan rəhbəri Ramzan Kadırov ailəsi ilə təşrif buyurdu. 1500 nəfərlik zalda təşkil olunan konsertin bütün biletləri satılmışdı. Çeçenistanda son on ildə heç bir xarici ifaçı konsert verməyib. Burada yalnız Rusiyada tanınmış sənətçilər çıxış ediblər”.
Medianews.az xəbər verir ki, bunu müğənni Roza Zərgərli Ramzan Kadırovla görüşü barədə Telegrafa-a açıqlamasında bildirib.
“Konsertdən sonra Çeçenistan rəhbəri ilə rəsmi görüş oldu. Azərbaycan musiqisinə böyük dəyər verdiklərini bildirdilər. Mən Ramzan Kadırovu ilk dəfə konsertimdən bir gün sonra gördüm. Təəssüf ki, hələ də bəzi insanlar qəbullana bilmirlər. Ramzan Kadırov şəxsən mənim qəbul olunmağım üçün göstəriş vermişdi. Qeyri-təvazökarlıq da olsa, məni dünya şöhrətli sənətçilərə göstərilən ehtiramla qarşıladılar”.