Medianews.az
Velosiped sürən uşağı maşın vurub öldürdü
107 baxış

Velosiped sürən uşağı maşın vurub öldürdü

Sabirabadda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Medianews.az xəbər verir ki, hadisə Şıxsalahlı kəndi ərazisində qeydə alınıb.

Kənd sakini, 2000-ci il təvəllüdlü Nurlan Fəttahovun VAZ-2107 markalı avtomobillə hərəkətdə olarkən velosiped sürən 11 yaşlı M.H-nı vurub.

Qəza nəticəsində ağır xəsarətlər alan uşaq xəstəxanaya aparılarkən həyatını itirib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.(Qafqazinfo)

Bizə qoşulun