Azərbaycan Kinematoqrafçılar İttifaqında (AKİ) yeni sədrin seçilməsi Xalq artisti Rasim Balayevin qırx mərasimindən sonra baş tutacaq.
Medianews.az xəbər verir ki, bu barədə AKİ-dən bildirilib.
Qeyd edilib ki, o vaxta kimi təşkilatı məsələlərlə bağlı heç bir addım atılmayacaq: “Nizamnaməyə əsasən, AKİ-də operativ məsələləri katibli həll edir. Qırx mərasimindən sonra təşkilatı addımlar atılacaq və nizamnaməyə görə sədri ümumi qurultayda seçiləcək”.
Xatırladaq ki, mərhum Xalq artisti Rasim Balayev 2024-cü ildə AKİ-nin sədri seçilmişdi./apa