Medianews.az
Real Madriddə
67 baxış

Real Madriddə ŞOK AYRILIQ

İspaniya nəhəngi Real Madrid mövsümün sonunda gənc hücumçu Qonzalo Qarsiya ilə yollarını ayırmaq qərarına gəlib.

Medianews.az xəbər verir ki, klubun rəhbər şəxslərindən Emilio Butragueño 22 yaşlı futbolçu ilə ayrılığı rəsmi şəkildə təsdiqləyib.

Onun sözlərinə görə, bu qərar həm klubun planları, həm də futbolçunun gələcək inkişafı baxımından doğru addım hesab olunur.

Qonzalo Qarsiya “Real Madrid”in gənclər akademiyasında yetişərək əsas komandaya yüksələn istedadlı hücumçulardan biri idi. Lakin əsas heyətdə kifayət qədər şans qazanmaması onun ayrılığını qaçılmaz edib.

Məlumata görə, 22 yaşlı futbolçunun adı artıq La Liga və digər Avropa liqalarından olan bir sıra klublarla hallanır. Qarsiyanın karyerasını hansı komandada davam etdirəcəyi isə yaxın vaxtlarda bəlli olacaq.

Medianews.az

Bizə qoşulun