Medianews.az
Şarl Lekler "Ferrari" ilə yeni müqavilə imzaladı
102 baxış

Şarl Lekler "Ferrari" ilə yeni müqavilə imzaladı

"Formula-1" yarışları üzrə dünya çempionatının "Ferrari" komandası pilot Şarl Lekler ilə yeni müqavilə imzalayıb.

Bu barədə "Ferrari"nin mətbuat xidməti rəsmi məlumat yayıb.

Yeni sazişin dəqiq müddəti açıqlanmasa da, onun bir neçə mövsüm üçün nəzərdə tutulduğu vurğulanır. Qeyd edək ki, tərəflər arasındakı əvvəlki müqavilə 2029-cu ilin sonuna qədər qüvvədə idi.

"Bu yolu "Ferrari" ilə davam etdirməkdən inanılmaz dərəcədə xoşbəxtəm. Mənim üçün bu, hər zaman sadəcə bir komandadan daha böyük məna kəsb edib. Bu, uşaqlıqdan sevdiyim və bir parçası olmağı arzuladığım komandadır və bütün bu illər ərzində o, mənim ikinci ailəmə çevrilib. Birlikdə inanılmaz anlar və çətin sınaqlar yaşadıq, lakin mən bu komandaya həmişəkindən daha çox inanıram və ortaq hədəfimiz olan dünya çempionu titulunu geri qaytarmaq üçün çiyin-çiyinə irəliləməyə davam edəcəyimizə görə dərindən minnətdaram", - deyə Lekler qeyd edib.

Xatırladaq ki, Leklerin 28 yaşı var. O, 2019-cu ildən etibarən "Ferrari"də çıxış edir. Pilot bundan əvvəlki mövsümü "Alfa Romeo"nun heyətində keçirib. 2024-cü ildə Lekler mövsümün yekunlarına əsasən üçüncü olaraq özünün ən yaxşı nəticəsini göstərib. Ümumilikdə onun hesabında 8 qazanılmış yarış və 52 podium var./oxu.az

Bizə qoşulun