ABŞ prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyata başlamaqla İsraili potensial məhvdən xilas etdiyini bildirib.
Medianews.az xəbər verir ki, Donald Tramp bunu “Nyu-York Post” qəzetinə müsahibəsində deyib.
“Mən olmasaydım, İsrail artıq yox idi” deyə o, vurğulayıb.
ABŞ-nin bu münaqişəyə İsrail tərəfindən cəlb edilməsi ilə bağlı iddiaları rədd edən Ağ evin rəhbəri İrana qarşı hərbi əməliyyata başlamaq qərarını şəxsən özü verdiyini açıqlayıb: "Bu qərarı mən verdim, çünki biz Tehranın nüvə silahına sahib olmasına imkan verə bilməzdik”.