Ukrayna millisində baş məşqçi dəyişikliyi baş verib. Komandanın çalışdırıcısı Sergey Rebrov tutduğu vəzifədən ayrılıb.
Medianews.az xəbər verir ki, bu barədə Ukrayna Futbol Assosiasiyası məlumat yayıb. Bildirilib ki, tərəflər qarşılıqlı razılıq əsasında əməkdaşlığa son qoyublar.
Qeyd olunur ki, Rebrov 2023-cü ildə yığmanı çətin pley-off mərhələsindən keçirərək Avropa çempionatına vəsiqə qazandırmışdı. Bununla belə, komandanın dünya çempionatına yüksələ bilməməsi bu qərarın verilməsində əsas amillərdən biri olub.
Assosiasiyanın prezidenti Andrey Şevçenko mütəxəssisə gənc futbolçuların inkişafına verdiyi töhfələrə görə təşəkkür edib və hazırda yeni mərhələyə keçidin vacib olduğunu vurğulayıb.
Məlumata əsasən, Sergey Rebrov qurum daxilində fəaliyyətini davam etdirəcək - o, vitse-prezident və İcraiyyə Komitəsinin üzvü kimi çalışacaq. Ukrayna millisinin yeni baş məşqçisinin kim olacağı isə hələ açıqlanmayıb.//Milli.Az