Medianews.az
Sabiq prezident hökumət yolunda
128 baxış

Sabiq prezident hökumət yolunda

Bolqarıstanda aprelin 19-da keçirilmiş növbədənkənar parlament seçkisini sabiq prezident Rumen Radevin başçılıq etdiyi siyasi qüvvə udur.

Medianews.az bildirir ki, ilkin nəticələrə görə, Mütərəqqi Bolqarıstan Partiyası 240 nəfərlik qanunverici orqanda 131 mandata sahib çıxır. Hökumət qurmağa 121 mandat bəs edir.

2016 və 2021-ci illərdə prezident seçilmiş Rumen Radev 2026-cı il yanvarın 19-da istefa verib, yanvarın 23-də vitse-prezident İliyana Yotova prezident kürsüsünə oturub.

Proporsional üsulla (partiya siyahıları üzrə) seçilən Bolqarıstan parlamentində həm GERB Partiyası və Demokratik Qüvvələr İttifaqının, həm də Yeniliklərə Davam Partiyası və Demokratik Bolqarıstan Partiyasından ibarət blokun 39, Hüquq və Azadlıq Hərəkatının 18, Dirçəliş Partiyasının 13 mandatla təmsil olunması gözlənir.

19 aprel seçkisi 2021-ci ildən bəri səkkizinci seçkidir. 2021-ci ildə üç, 2022 və 2023-cü illərin hər birində bir, 2024-cü ildə iki seçki sabit hökumət qurulmasına gətirməyib.

Medianews.az

Bizə qoşulun