Diyetoloq Samanta Piterson bildirib ki, soyumuş makaron təzə bişmişdən daha faydalı ola bilər.
Medianews.az xəbər verir ki, onun sözlərinə görə, soyuq makaronun tərkibində rezistent nişasta yaranır.
Bu maddə bağırsaqda prebiotik lif kimi fəaliyyət göstərərək faydalı bakteriyaları qidalandırır, şəkər səviyyəsini sabitləşdirir, iştahanı və maddələr mübadiləsini yaxşılaşdırır.
Mütəxəssis əlavə edib ki, bəzi araşdırmalar rezistent nişastanın insulinə həssaslığı artıraraq metabolik sağlamlığı dəstəklədiyini göstərir.
Medianews.az