Honkonqda texnologiya və incəsənətin birləşdiyi fərqli tədbir keçirilib. Dünyaca məşhur insansı robot Sophia konsert verib.
Medianews.az xəbər verir ki, robot Honkonq Baptist Universitetinin simfonik orkestri ilə eyni səhnəni paylaşıb.
2026-cı il qala konserti öncəsi məşq zamanı çıxış edən Sophia orkestrin müşayiəti ilə performans göstərib və tamaşaçıların böyük marağına səbəb olub.
Süni intellektlə musiqinin birləşdiyi tədbir qeyri-adi səhnə təcrübəsi yaradıb. Tədbir texnologiyanın sənət dünyasında rolunun sürətlə artdığını bir daha nümayiş etdirib və geniş rəğbət qazanıb.
Medianews.az