Suriyanın keçid dövrü prezidenti Əhməd Əl Şaraa Şamda təşkil edilən tədbirdə səhnələşdirilən rəqs və musiqi proqramına münasibət bildirib.
Medianews.az xəbər verir ki, o, tədbir barədə əvvəlcədən məlumatlı olmadığını və dəvətin son anda gəldiyini deyib.
Şaraa qeyd edib ki, həmin vaxt Körfəz ölkələrinə səfərə hazırlaşırdı və tədbirə planlı şəkildə qatılmayıb. O, göstərilən proqramın məzmunundan təəccübləndiyini bildirib.
Prezident həmçinin milli tədbirlərin cəmiyyətin mədəni dəyərlərinə uyğun olmasının vacibliyini vurğulayıb və gələcək tədbirlərin Suriya adət-ənənələrinə uyğun keçirilməsi barədə göstəriş verdiyini açıqlayıb.
Medianews.az

