Medianews.az
Şüşələrdə buğlanmanın qarşını
115 baxış

Şüşələrdə buğlanmanın qarşını necə almaq olar?

Qış ayıarında iç və xarici mühit arasındakı temperatur fərqi güşələrdə, pəncərələrdə və eynəklərdə buğlanmaya səbəb olur.

Medianews.az bu problemi həll etmək üçün bəzi yollar təqdim edir:

Sirkə ilə silmək: Su, təbii üzüm və ya alma sirkəsini qarışdırın. Təmiz dəsmalla aynanı silin, sonra quru dəsmalla parladın. Sirkə su damcılarının yapışmasını əngəlləyir, həm də bakteriya və ərpi təmizləyir.

Sabun üsulu: Təbii sabunu aynaya yüngülcə sürtün və quru dəsmalla parıldadın. Sabun damcıların yığılmasını əngəlləyir və görüntünü aydın saxlayır.

Təraş köpüyü: Az miqdarda sadə təraş köpüyünü aynaya çəkib quru dəsmalla silin. Bu, görünməz bir təbəqə yaradaraq su damcılarını qarşısını alır.

Kartof: Çiy kartofu iki yerə bölüb kəsik tərəfi aynaya sürtün. Sonra quru dəsmalla parıldadın. Kartofun nişastası buğlanmanı azaldır və tez yox olur.

Bu sadə üsullar ilə şüşələriniz həmişə aydın qalacaq.

Medianews.az

 

Bizə qoşulun