Medianews.az
Tanınmış müğənni tutuldu
205 baxış

Tanınmış müğənni tutuldu

Türkiyəli müğənni Edis Görgülü narkotiklərlə bağlı istintaq çərçivəsində İstanbul hava limanında saxlanıb.

Medianews.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

İstanbul Baş Prokurorluğu tərəfindən “narkotik vasitələrin istehsalı və satışı”, “istifadəyə şərait yaratma”, “istifadə məqsədilə narkotik əldə etmə və saxlama”, eləcə də “fahişəliyə təşviq və vasitəçilik” maddələri üzrə aparılan istintaq davam edir.

Barəsində axtarış qərarı olan müğənni xaricdən qayıdarkən polis əməkdaşları tərəfindən saxlanıb.

İstintaq çərçivəsində ümumilikdə 25 nəfər barəsində tutulma qərarı çıxarılıb. Keçirilən əməliyyat zamanı bir sıra tanınmış şəxslər, o cümlədən müğənni Murat Dalkılıç, Kaan Tangöze və aktyor İsmail Hacıoğlu da saxlanılanlar arasında olub.

Araşdırmalar davam edir.

Medianews.az

Bizə qoşulun