ABŞ ilə əvvəllər razılaşdırılmış ticarət qaydalarını pozan istənilən ölkə müəyyən edilmiş tariflərin artırılması ilə üzləşəcək.
Medianews.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bunu "Truth Social"da yazıb.
"Ali Məhkəmənin bu mənasız qərarı ilə "oyun oynamaq" istəyən istənilən ölkə, xüsusən də ABŞ-ni illər və hətta onilliklər boyu aldadanlar bu yaxınlarda razılaşdıqlarından daha yüksək tariflərlə və hətta daha pis gömrük rüsumlarları ilə üzləşəcəklər", - paylaşımda bildirilib.
Tramp həmçinin qeyd edib ki, dövlət başçısı kimi tariflərin təsdiqlənməsi üçün Konqresə müraciət etməsinə ehtiyac yoxdur, çünki bu sahədə səlahiyyətlər daha əvvəl verilib. Onun fikrincə, Ali Məhkəmənin qərarı bu səlahiyyətləri təsdiqləyir.