Medianews.az
Volvo 40 mindən çox avtomobili geri çağırır –
70 baxış

Volvo 40 mindən çox avtomobili geri çağırır – SƏBƏB

İsveç avtomobil istehsalçısı Volvo Cars 40 mindən artıq elektrikli avtomobili geri çağırmaq qərarı verib.

Medianews.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

Məlumata görə, geri çağırılma Volvo EX30 modelinə aiddir. Səbəb kimi batareyanın həddindən artıq qızması riski göstərilir. Şirkət mümkün texniki nasazlığın aradan qaldırılması üçün avtomobillərin yoxlanılacağını bildirib.

Ekspertlərin fikrincə, bu addım şirkətin reputasiyasına ciddi zərbə vura bilər və maliyyə baxımından da baha başa gələ bilər. İlkin hesablamalara görə, yeni batareyaların dəyəri təxminən 195 milyon dollar təşkil edə bilər.

Şirkət məsələ ilə bağlı əlavə təfərrüatları açıqlamayıb.

Bizə qoşulun