Medianews.az
Tramp: İsraildə baş nazirliyə namizəd ola bilərəm
167 baxış

Tramp: İsraildə baş nazirliyə namizəd ola bilərəm

ABŞ Prezidenti Donald Tramp İranla bağlı gündəmi şərh edərkən İsraildəki dəstəyi ilə bağlı diqqətçəkən açıqlama verib. O, İsraildə özünə dəstəyin yüksək olduğunu iddia edərək, “Bəlkə İsraildə baş nazirliyə namizəd ola bilərəm”, - deyib.

Medianews.az xəbər verir ki, o, bunu jurnalistlərə açıqlamasında deyib.

Tramp bildirib ki, İsraildə ona dəstək “99 faiz” səviyyəsindədir. O, zarafat və ya siyasi mesaj kimi qiymətləndirilən çıxışında, ABŞ prezidentliyindən sonra İsrailə gedərək baş nazir postuna namizəd ola biləcəyini də söyləyib.

Bununla yanaşı, Tramp öz iddiasını bir sorğuya əsaslandırsa da, ABŞ-də keçirilən son ictimai rəy araşdırmaları fərqli mənzərə ortaya qoyub. Associated Press (AP) və NORC İctimai Əlaqələr Araşdırma Mərkəzinin mayın 14-18-də keçirdiyi sorğuya görə, Trampın ABŞ-də ümumi dəstək reytinqi 37 faiz olub.

Sorğunun nəticələri, xüsusilə demokrat seçicilərin böyük əksəriyyətinin Trampın prezidentlik fəaliyyətini dəstəkləmədiyini göstərib.

Medianews.az

Bizə qoşulun