"Turan Tovuz" Azərbaycan çempionatlarında ən azı 25 ev qələbəsi əldə edən 30-cu komanda olub.
Medianews.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Misli Premyer Liqasının XIX turunda "Karvan-Yevlax"ı qəbul edən "Turan Tovuz" 1:0 hesabı ilə qalib gəlib. Bu, klub tarixinə Premyer Liqadakı 25-ci ev qələbəsi kimi düşüb.
Qərb təmsilçisi 63-cü ev sınağında 25-ə çatıb.
Qeyd edək ki, "Turan Tovuz" 2022/2023 mövsümündə debüt etdiyi Premyer Liqada ilk ev qələbəsini "Kəpəz" üzərində qazanıb. 2022-ci il sentyabrın 9-da keçirilən matçda meydan sahibləri 2 qola seviniblər.