Medianews.az
UEFA-dan "Fənərbaxça" ilə bağlı
89 baxış

UEFA-dan "Fənərbaxça" ilə bağlı ŞOK QƏRAR

Türkiyənin "Fənərbaxça" klubunun UEFA tərəfindən böyük məbləğdə cərimələnə biləcəyi iddia olunub.

Medianews.az xəbər verir ki, jurnalist Sercan Hamzaoğlunun yaydığı məlumata görə, UEFA maliyyə limitlərinin aşılması səbəbindən “Fənərbaxça”ya təxminən 15 milyon avro məbləğində cərimə tətbiq etməyə hazırlaşır.

Bildirilir ki, qərarın iyun ayının ilk həftəsində açıqlanması gözlənilir.

Məlumata əsasən, cərimənin əsas səbəbi klubun UEFA-nın müəyyən etdiyi maliyyə qaydalarını pozmasıdır. Klub rəhbərliyinin məsələni yaxından izlədiyi və proseslə bağlı rəsmi açıqlamanın yaxın günlərdə verilə biləcəyi qeyd olunur.

Digər tərəfdən, “Fənərbaxça”nın iyunun ilk həftəsində təxminən 92 milyon avro həcmində kritik ödəniş etməli olduğu da iddia edilir.

Xəbərlərdə həmçinin bildirilib ki, klubun 2026-cı ilin sonuna qədər ödəməli olduğu ümumi borc məbləği təxminən 150 milyon avroya çatır.

İddiaların klubda prezident seçkiləri öncəsi ciddi rezonans doğurduğu qeyd olunur. Hazırkı prosesdə Aziz YıldırımHakan Safinin adı seçki yarışında hallanır.

Medianews.az 

Bizə qoşulun