Medianews.az
UEFA “Liverpul” oyununa görə
155 baxış

UEFA “Liverpul” oyununa görə araşdırmaya başladı

UEFA “Qalatasaray”ın futbolçusu Noa Langın “Liverpul”la oyunda aldığı zədədən sonra araşdırmaya başlayıb.

Medianews.az xəbər verir ki, hadisə zamanı Lang reklam panelləri arasında əlini sıxaraq ciddi zədə alıb.

 Bu qeyri-adi insidentdən sonra UEFA stadiondakı texniki şərtləri yoxlamağa qərar verib.

Araşdırma çərçivəsində reklam panellərinin meydançaya məsafəsi, panellər arasındakı boşluqlar və onların təhlükəsizlik standartlarına uyğunluğu təhlil olunur. Həmçinin oyun öncəsi hazırlanan texniki hesabatlar da nəzərdən keçirilir.

Yekun hesabatdan sonra stadion rəhbərliyi və ya məsul qurumlara qarşı hər hansı sanksiyanın tətbiq edilib-edilməyəcəyi məlum olacaq.

Medianews.az

 

Bizə qoşulun